banner
banner

Hərbİ

Zavarov Ukrayna ordusunda döyüşməkdən imtina etdi

Zavarov Ukrayna ordusunda döyüşməkdən imtina etdi

Ötənlərin məşhur sovet və ukraynalı futbolçusu Aleksandr Zavarov Donbass ərazisində döyüşməkdən imtina edib. "Report"un məlumatına görə, hazırda Ukrayna yığmasında baş məşqçi köməkçisi vəzifəsində çalışan 54 yaşlı mütəxəssis ölkə qoşunlarının tərkibində separatçılara qarşı səfərbərlikdən boyun qaçırıb.
"Yalnız bir şeyi söyləyə bilərəm: Ailəm və uşaqlarımın yaşadığı, valideynlərimin dəfn olunduqları ərazidə heç vaxt vuruşmayacağam. Belə də yazın. Sadəcə, sülhün bərqərar olmasını istəyirəm" deyə ötənlərin məşhur futbolçusu bildirib.
Qeyd edək ki, bir müddət öncə Ukrayna Futbol Federasiyasının (FFU) 89 əməkdaşına səfərbərliyin dördüncü dalğası üçün çağırış gəlib. Hərbi komissarlığa dəvətlilər arasında əslən Luqanskdan olan Aleksandr Zavarovdan əlavə, yığmanın qapıçılarla işləyən 57 yaşlı məşqçisi Yuri Sivuxa da olub. Çağırış vərəqələri onlara şəxsən yox, FFU rəhbərliyinə verilib. Zavarov futbolçu qismində Ukraynada Luqanskın "Zarya", Kiyevin "Dinamo", İtaliyada "Yuventus", Fransada "Nansi" klublarının və SSRİ yığmasının şərəfini qoruyub. 1986-cı ildə SSRİ-nin ən yaxşı futbolçusu, "Dinamo"nun heyətində Kuboklar Kubokunun sahibi, 1990-cı ildə isə "Yuventus"la UEFA Kubokunun sahibi olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.