banner
banner

Gündəm

Azərbaycan şahmatçıları Vətənə dönüb- FOTO

Azərbaycan şahmatçıları Vətənə dönüb- FOTO

Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları Vətənə dönüb.

“Report” xəbər verir ki, çempionları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, ictimaiyyət və KİV nümayəndələri, həmçinin onların yaxın qohumları qarşılayıblar. Azərbaycan yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında sonuncu turda Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

 

  

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.