banner
banner

Dünya

Seulda Donald Tramp əleyhinə etiraz aksiyası keçirilib

Seulda Donald Tramp əleyhinə etiraz aksiyası keçirilib

Koreya Respublikasının paytaxtı Seulda ABŞ Prezidenti Donald Tramp əleyhinə etiraz aksiyası keçirilib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, aksiya Donald Trampın Koreya Respublikasının Milli Assambleyasında çıxışı zamanı elə parlamentin binası qarşısında keçirilib. Təxminən 8 min nəfərin qatıldığı aksiya iştirakçıları Tramp əleyhinə şüarlar səsləndirib, onu sülhü pozmaqda və irqi ayrı-seçkilikdə günahlandırıblar.

Aksiya ABŞ Prezidentinin parlament binasına gəlməmişdən bir saat əvvəl başlayıb. Seul polisi təhlükəsizliyi təmin etmək üçün parlament binasının ətrafına 18 min nəfərlik qüvvə cəlb edib.

Tramp əleyhdarlarına qarşı olan qüvvələr də eyni yerdə aksiya keçirib. İki qrup arasında ciddi toqquşma qeydə alınmayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.