"NATO Ukraynada hərbi islahatlara yardım edir" - Baş katib
Hərbi sahədə islahatlar aparmaq üçün NATO Ukraynaya yardım edir. "Report" "BBC"yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. "Ukraynanın silahlanması ilə bağlı alyansa üzv dövlətlərin hər biri ayrılıqda qərar qəbul edir", - o, vurğulayıb. Baş katib qeyd edib ki, qanuni hakimiyyətə silah verməklə ona qarşı döyüşən separatçıları silahlandırmaq arasında fərq var. Onun sözlərinə görə, NATO Rusiya ilə münaqişəyə cəhd etmir, onunla konstruktiv tərəfkeşlik münasibətlərini qurmağa çalışır: "Bununla belə Moskva bütün dövlətlərin suverenliyinə hörmət etməlidir".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.