Son günlərdə daha bir öncəgörən-ekstrasens özünün səs-küylü açıqlaması ilə dünyanı təşvişə salıb. Bir neçə gün əvvəl hindistanlı Babu Kalayil adlı öncəgörən tezliklə güclü yeraltı təkanların olacağını və 11 ölkənin dəhşətli dağıntılara məruz qalacağını bildirib. Bu ölkələrə Yaponiya, Çin də aid edilir. Son vaxtlar “dünyanın sonu yaxınlaşır”, “dünya böyük bir fəlakətin astanasında” kimi xəbərlər müxtəlif sosial şəbəkələrdə də baş alıb getməkdədir. Bu xəbərlərin ictimailəşdirilməsi insanlarda istər-istəməz böyük qorxu yaradır. Tanınmış astroloq Firudin Qurbansoy Modern.az-a bildirib ki, bir çox insanlar bu cür xəbərlərə aldanır: “ Ruhu zəif olan insanlar bu cür xəbərlərə aldanaraq, əllərində olan bütün ehtiyat pullarını xərcləyir. Məsələn, qədim maya təqvimi ilə 2012-ci il dekabrın 21-i hadisəsini götürək. Bu şayiəyə aldananlar sadəcə həmin biznesi idarə edən şəxslərin varlanmasına şərait yaratdılar. Bu gün də həmin biznesi idarə edənlər insanların zəif nöqtəsindən istifadə edib, varlanırlar. 2-3 il əvvəldən bu biznesmenlər dünyanın dağılacağını ya da güclü fəlakətin baş verəcəyini xəbər verirlər. Bunda əsas məqsəd yenə insanları qorxudub, bu yollarla varlanmaqdır”.
Firudin Qurbansoy qeyd edib ki, bu yaxınlarda “Nibiru əfsanəsi”ni dünyanın sonunun gəlməsi kimi qeyd edirdilər. Bunu da maya təqvimi ilə əlaqələndirirdilər. “Amma ümumiyyətlə Nibiru sözü mayalıların tarixində yoxdur. Bu, şumer əfsanəsidir. Bu əfsanədə də dünyanın sonuna dair tarix yoxdur. Bəzən bu yalanları NASA-nın adı ilə bağlayırlar. NASA ciddi təşkilatdır və belə informasiyalar verə bilməz”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.