banner
banner

Gündəm

Qüdrət Həsənquliyevdən etiraz: “İdman obyektlərinin tikintisi prioritet olmamalıdır”

Qüdrət Həsənquliyevdən etiraz:

“Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

 

Deputat hesab edir ki, prioritet yeni idman obyektləri olmalı deyil. “Yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

 

İdman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır. Prioritet 25 ildən artıq bir müddətdə dözülməz şəraitdə yaşayanlar üçün şərait yaratmaq olmalıdır”.

 

Q.Həsənquliyev həmçinin uşaqlar üçün müavinətlərin artırılmasının vacibliyini qeyd edib.

 

"Avropa ölkələrində dövlət hər ay uşağa 100 avro pul verir. Heç olmasa işsiz valideynlərin uşaqlarına müavinətlər artırılmalıdır. Hazırda ölkədə bir uşaq doğumu 500-1000 manata başa gəlir. Heç olmasa onlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq".  

 

Q.Həsənquliyev qeyd edib ki, hakimlərin sayı 2 dəfə artırılmalıdır.

 

"Hazırda ölkədə 555 hakim ştatı var ki, onlardan 49-u vakansiyadır. Azərbaycanda min nəfərə düşən hakim sayı Avropa ölkələrindən çox geri qalır. Hakimlərin sayı 2 dəfə artırılmalıdır. Bunun üçün də vəsait ayrılmalıdır. Başqa sahələrdən vəsaiti kəsmək olar. İdman obyektərini tikintisini təxirə salmaq olar. Həmçinin yeni səhiyyə və təhsil obyektərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə bu obyeklərin özəlləşdiriməsi daha məqsəduyğundur”.

 

Depuat həmçinin “Azərişıq” ASC və "Azəristiliktəchizat" ASC-nin özəlləşdirilməsini təklif edib. “Bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə dərinləşəcək. Əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır. Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni, biz bu cür ölkələrdən nümunə götürməliyik.

 

Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.