AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat plan işlərinin keyfiyyətini yüksəltmək və əməkdaşları əlavə stimullaşdırmaq məqsədilə müsabiqə keçiriləcək. Cia.az xəbər verir ki, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) bununla bağlı imzaladığı əmrə əsasən, 2017-ci ildə yerinə yetirilən tədqiqatlar üzrə müsabiqə keçirilməsi üçün müsabiqə qaydaları təsdiqlənib, habelə müvafiq müsabiqə komissiyası yaradılıb. Komissiyanın sədri institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva, üzvləri – iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və iqtisad üzrə fəlsəfə doktoru Ramil Əliyevdir.
Qaydalara əsasən, institutun şöbə müdirləri noyabrın 30-na kimi ümumi hesabatları, dekabrın 10-na kimi isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqənin qalibi olan şöbələrə və əməkdaşlara fəxri diplomlar və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək. Belə ki, şöbə hesabatları üzrə qaliblərə 1-ci yer (bir mukafat) – 1500 manat, 2-ci yer (iki mükafat)| - 1000 manat, 3-cü yer (uç mükafat) - 500 manat, fərdi hesabatlar üzrə isə 1-ci yer (bir mükafat)| - 600 manat, 2-ci yer (iki mükafat) - 400 manat, 3-cü yer (üç mükafat) - 200 manat mükafat nəzərdə tutulur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.