banner
banner

Sosİal

Vergilər özəl tibb müəssisələrini çökdürür

Vergilər özəl tibb müəssisələrini çökdürür

Son günlər rəhbər vergi orqanlarında aparılan müəyyən struktur dəyişikliklərindən sonra bütün səlahiyyətləri bir əldə cəmləmiş Vergilər Nazirliyi özəl səhiyyə sektoruna qarşı tələblərini gücləndirib.

Bu barədə musavat.com-a səhiyyə sistemində çalışan məlumatlı mənbə xəbər verib.

Verilən məlumata görə, bir neçə günün içində təkcə Bakı şəhərində olan 150-yə yaxın özəl tibb müəssisəsində “xronometraj” yoxlaması başlayıb. Yoxlamaların xüsusi tapşırıqla və məqsədli olması vergi müfəttişlərinin davranışlarından açıq-aydın hiss olunur. Xronometraj sona çatdıqdan sonra hər bir tibb müəssisəsi üçün əvvəlcədən müəyyən edilmiş rəqəm sahibkara elan edilir.

Əldə etdiyimiz məlumatlara görə, özəl tibb müəssisələrinə qoyulan aylıq vergi ödənişlərin miqdarının 30-50% və bəzi yerlərdə 100% (ikiqat) artırılması nəzərdə tutulur. Bu isə təxminən 20-50 min AZN miqdarında aylıq ödəniş deməkdir vergi orqanları ilə özəl sektor arasında bir müddət əvvəl partnyorluq sazişinin imzalanmasına baxmayaraq sonuncunun bütün tələbləri inkar edilir.

Proqnozlara görə, yeni qaydalar ilk növbədə tibbi xidmətlərin bahalaşmasına və tibb müəssisələrinə müraciətlərin azalmasına gətirib çıxaracaq.

Musavat.com-a danışan səhiyyə işçisi qeyd edir ki, bu islahat bir tərəfdən tibb xidmətlərinin məcburi bahalaşmasına, digər tərəfdən əhalinin kütləvi şəkildə tibbi xidmətlərin Azərbaycandan qat-qat aşağı olan qonşu ölkələrə - İrana və Gürcüstana üz tutmasına gətirib çıxaracaq: "Bu tendensiya artıq hiss olunmaqdadır. Yaranmış situasiya sahibkarların onsuz da ürəkaçan olmayan durumunu daha da ağırlaşdıra və özəl sektorun zəifləməsinə, çöküşünə gətirib çıxara bilər. Özəl sektorun sıxışdırılması isə öz növbəsində dövlətin real vergi ödəyicilərinin çəkisinin kəskin azalması və büdcə kəsirinin artması deməkdir. Beləliklə, qüsurlu dövran yaranır. Xəstələrin qonşu ölkələrə üz tutması indiki iqtisadi sıxıntılar dövründə ölkəmizdən böyük maliyyə axını deməkdir. Məs., il ərzində xaricə müalicəyə gedən 50.000 nəfərin hər biri ən azı 1.000 AZN pul xərcləsə bu 50 milyon AZN deməkdir. Real rəqəmlər bundan qat-qat yüksəkdir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.