Seysmoloji Xidmət Mərkəzi: Ağdamdakı 6 ballıq zəlzələnin avtoşokları hələ davam edir
"Zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur. Əvvəlcədən bir şey bilinir ki, Azərbaycanın ərazisi seysmik ərazidir və zəlzələ daim ola bilər". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınan 6 bal gücündə zəlzələnin avtoşokları hələ davam edir: "Avtoşoklar davam etdiyinə görə hələ onların sayını deyə bilmərik. Avtoşokların çoxu hiss olunmur, yəni 3 bala yaxın olur".
Sözçü qeyd edib ki, zəlzələnin avtoşokları bir neçə gün, hətta bir ay da davam edə bilər: "Dünən olan zəlzələ güclü zəlzələdir. Amma dağıdıcı xarakterli zəlzələ deyildi. Tikinti qaydalarına riayət olunmayan tikililərdə dağıntı olması təbiidir. Azərbaycan seysmik zonada yerləşir, daim ölkə ərazisində təkanların olması normaldır".
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.