Günəş sisteminə qismən yaxın məsafədə mülayim iqlimə malik Yer kürəsi böyüklüyündə bir planet aşkarlanıb.
Trend-in məlumatına görə, Çilidəki La Silla Rəsədxanasında yüksək dəqiqlikli cihazlar vasitəsilə kəşf edilən planetin 11 işıq ili uzaqda olduğu bildirilib. Yer kürəsinə ikinci ən yaxın planet olan yeni kəşfə "Ross 128 b" adı verilib.
Yeni planetin öz ulduzu ətrafında Yer kürəsinin Günəşə qədər olan məsafəsindən 20 dəfə yaxın fırlandığı, balaca ulduzun Günəşdən çox kiçik və daha az parlaq olması səbəbindən "Ross 128 b"nin Yer kürəsinə nisbətən aşağı radiasiyaya məruz qaldığı bildirilib.
Astronomlar "Ross 128 b"nin səthi temperaturunun Yer kürəsininkinə yaxın ola biləcəyini təxmin edirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.