ABŞ Suriyada Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir
ABŞ Suriyada yeni təhlükəsizlik zonaları üzrə Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Brayan Huk bildirib.
“ABŞ-ın hazırkı administrasiyasının ilk günlərindən Suriyada təhlükəsizlik zonaları yaratmışıq... Ümumilikdə onlar hələ də fəaliyətdədir”, - deyə Huk Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu zonalardan biri Suriyanın cənub-qərbində iyulda yaradılıb: “Biz digər zonalar üzrə əməkdaşlıq etməyə ümid edirik”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.