banner
banner

Hərbİ

Facebook-dan erməni zərbəsi

Facebook-dan erməni zərbəsi

Facebook sosial şəbəkəsi Dağlıq Qarabağa qarşı yol verilmiş səhvini aradan qaldırıb.

Oxu.Az xəbər verir ki, bir müddət əvvəl Qarabağın erməni işğalçılarının Facebook sosial şəbəkəsində açdıqları və qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş səhifənin rəsmi təsdiqlənmiş statusu götürülüb.  
 
Hazırda həmin səhifə digərləri kimi sıradan bir səhifə olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, Facebookda rəsmi təsdiqlənmiş statusa yalnız real, hər kəs tərəfindən qəbul edilmiş şəxslər, qurumlar malik ola bilərlər. Dünyanın heç bir dövləti, hətta işğalçı Ermənistan tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikasının” səhifəsinə rəsmi təsdiqlənmiş statusunun verilməsi Azərbaycan tərəfindən kəskin narazılıqla qaşrılanmışdı.

Məsələyə münasibət bildirən Azərbaycan XİN ölkəmizin ABŞ-dakı səfirliyi və konsulluğuna müvafiq göstərişlərin verildiyini bəyan etmiş, diaspor təşkilatları, vətəndaş cəmiyyətini məsələdə fəallıq göstərməyə çalışmışdı.

Çoxsaylı şikayətlərin qarşısını almaq üçün erməni tərəfi həmin səhifəyə Azərbaycan ərazisindən girişi məhdudlaşdırsa da, yekunda Facebook-un rəhbərliyi məsələyə obyektiv qiymət verərək, separatçıların yaratdıqları bu səhifədən rəsmi təsdiqlənmiş stautusunu götürüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.