Tanınmış aparıcı etiraf etdi: "Hələ də nə istədiyimi bilmirəm"
Futbolçu Caner Erkindən boşandıqdan sonra tez-tez sevgili dəyişən aparıcı Asena Atalay İnstaqramda maraqlı paylaşım edib. Öz doğum gününü sosial media hesabında təbrik edən aparıcı yazıb: “Hər keçən gün daha çox güclü oluram, hamını tanıyıram, özümə güvənim artır. Bəzən nə istədiyimi bilmirəm, amma bəzən də çox yaxşı bilirəm. Bundan sonra hələ uzun yolum var. Başı yuxarı, möhkəm olmalıyam. Nə?, necə?, nə zaman? Deməyəcəm. Gəlməli olan, gəlsin, hazıram. 21.11”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.