Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
“Şəhid ailələri və Qarabağ əlillərinin mənzillə təminatı 1997-ci ildən başlanılıb. Bu vaxta qədər 6096 ailə mənzillə təmin edilib. Onların 4757-si 2013-cü ilə qədər, qalan 1340 nəfər isə ondan sonrakı dövrdə təmin edilib. Əvvəlki illərdə hər il 280 ailə mənzillə təmin edilirdisə, sonrakı illər bu 335-ə yüksəlib”.
Modern.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputatların irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib Nazir bildirib ki, Prezident İlham Əliyevin 2014-cü il sərəncamına əsasən hər il bu qrupdan olan əhalinin mənzillə təminatı üçün 50-60 milyon manat ayrılmalı idi. “Bununla da problemin həlli 5 il ərzində yekunlaşacaqdı.
2014-cü ildə 30 milyon manat vəsait ayrıldı. Lakin bildiyiniz kimi sonrakı illərdə ölkənin iqtisadi durumu nəzərə alınaraq sərəncamda göstərilən vəsait tam təmin edilmədi. Hər il 10-15 milyon manat bu məqsədlə ayrıldı ki, bununla da dediyim kimi hər il 335 ailə mənzillə təmin edilib. Növbəti ildə də şəhid ailələri və Qarabağ əlilləri üçün ayrılan vəsaitin artırılması nəzərdə tutulub. Bu da bizə hər il 500-600 ailəyə mənzil tikilməsi və ya tikilmiş mənzillərin alınaraq verilməsini təmin etməyimizə imkan yaradır”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.