banner
banner

Gündəm

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Şamaxı Astrofizika Rəsədxanasının direktoru:

Göy cismlərinin insan həyatına böyük təsiri olduğu deyilir. Digər tərəfdən  astrologiya elm sayılmır, ona daha çox fal və batil inanc kimi baxılır. Buna baxmayaraq, insanların böyük bir hissəsi ona inanmaqda davam edir. Bəzi astroloqlara görə, astrologiya əsla fal demək deyil. Çünki astrologiya da başqa elmlər kimi hesablamalar, müşahidələr əsasında mühakimələrə əsaslanır.

Azərbaycanda astrologiya, bu sahə ilə məşğul olanlarla bağlı vəziyyət necədir?

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının NəsrəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, professor Namiq Cəlilov Modern.az-a danışıb:

“Astronomiya elminin nə vəziyyətdə olduğunu sizə gözəl izah edə bilərəm. Amma astrologiya ilə məşğul olmaq üçün bizim nə vaxtımız, nə də həvəsimiz var. Çünki bu, elm sahəsi deyil. Düzdür, astrologiyanın qədim tarixi var. İnsanlarda da həmişə kainata, göylərdə nələrin baş verməsinə maraq olub. Elm ətrafı bir qurum yaranır və onun adları, təbəqələri də çoxdur. Onlardan biri də astrologiyadır. Astrologiya ilə astronomiya tamamilə başqa-başqa şeylərdir.  Astronomiya elmi faktlara , sübutlara, eksperimentlərə, müşahidələrə əsaslanır. Astrologiyanın qaynağı isə təsadüfi deyilən fikirlərdir: kim, hansı bürcün altında doğulub və bu, onun taleyinə necə təsir göstərəcək... Çox vaxt proqnozlar yalan çıxanda ona fikir vermirlər. Təsadüfən düz çıxanda isə astroloqlar hay-küy salırlar ki, biz dedik və belə də oldu. Azərbaycanda yəqin ki, astrologiyanın vəziyyəti çox bərbad haldadır. Çünki onlar heç bir elmi fakta söykənmədən deyirlər ki, insan bu bürcün altında doğulubsa, belə olacaq, elə olacaq... Bunun əsası yoxdur axı...”.

 

N.Cəlilov qeyd edib ki, ulduzların insanların taleyinə təsir etməsi tamamilə cəfəngiyyatdır:

“Dünən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına Rusiyadan kosmonavt gəlmişdi. Ona sual verdilər ki, biz yerdən baxanda ulduzları , bürcləri görürük, bəs kosmosdan necə görünür? Rusiyalı kosmonavt bildirdi ki, Yerin atmosferindən kənara çıxandan sonra görünən ulduzların sayı çoxalır. Yaxud bizə məlum olan hər hansı  bürc tamamilə yoxa çıxır. Yəni  ulduzlar tamamilə qarışıq vəziyyətdədir. Yerdə isə atmosfer süzgəc rolu oynadığından biz ən parlaq ulduzları görürük. Halbuki, bunun arxasında görmədiyimiz milyonlarla ulduzlar var. Atmosferdən yuxarı qalxdıqca bürclər itib-batır. Ona görə də ulduzların insanların taleyinə təsir etməsi tamamilə cəfəngiyyatdır.  Astrologiyanın adını qəsdən astronomiya elminin adına uyğun qoyublar ki, insanları bu yolla aldada bilsinlər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.