banner
banner

Sosİal

Namaz qılmaq mütləq vacibdirmi? - Açıqlama

Namaz qılmaq mütləq vacibdirmi?

“Bu gün insanlar gücləri çatan qədər ibadət və ayinlərini yerinə yetirirlər. Bu ibadətlərdən ən vacibi də namaz hesab olunur. Namaz qılmaq elə də çətin bir iş deyil. Qurani Kərimdə demək olar ki, bütün surələrdə və ayələrdə namaz qılmaq bütün müsəlmanlara, iman edənlərə tövsiyə olunur. Hətta, namaz qılmaq o qədər vacib ibadətdir ki, Allahın Rəsulu bir hədisində buyurub ki, Qiyamət günündə insan, xüsusilə müsəlman ilk dəfə namazdan sorğu sual olunacaq. Əgər onun namazında nöqsan, çatışmazlıqlar olacaqsa, onda hələ onun başqa əməllərinə belə baxılmayacaq”. 

 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri analitik.az-a açıqlamasında İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib. Ə.Həsənovun sözlərinə görə, namaz qılmaq Allaha olan şükrün böyük təzahürü, verilən nemətlərin qiymətləndirilməsi, Cənnətə açılan qapı, günahların bağışlanmasına səbəb olan ayin, Allahın razılığını qazanmaq üçün səbəblərin ən vacibidir. İlahiyyatçı qeyd edib ki, namaz qılanla namaz qılmayan, həmçinin, hədislərdə Allaha şərik qoşanla, Allahı təkləşdirən kimi ayırd edilib:  

“Yəni, bu, o deməkdir ki, namaz qılmayan artıq Allaha şərik qoşmuş sayılır. Namaz qılan isə Allahı tək bilən, ona iman edən kimi təqdim olunur. Namazın mahiyyəti, fəzilətləri, üstünlükləri vacib olmasının böyüklüyü haqqında çox Quran mətnləri, hədis mətnləri, böyük islam alimlərinin sözləri vardır.”

Ə.Həsənov deyir ki, namaz qılmayan Allaha qarşı asilik etmiş sayılır. Allah istəsə, onu bağışlaya, ya da cəzalandıra bilər: 

“Bu, Allaha aid bir məsələdir. Dövrümüzdə bir çox müsəlmanlar var ki, onlar hələ namazın mahiyyətini dərk etməyənlərə qarşı amansız mübarizə aparmaq istəyirlər. Bu da doğru metod deyil. Çünki ilk əvvəl insanları İslama, namaza dəvət etməzdən əvvəl onlara Allahı tanıtmaq və daha sonra ibadətin mahiyyətini izah etmək lazımdır.”

İlahiyyatçı vurğuladı ki, bəzi radikal müsəlmanlar namaz qılmayanları tamamilə dindən uzaq hesab edirlər. Belə düşünənlər də İslamı bilməyən insanlardır. Çünki, heç də namaz qılmamaq dindən çıxmaq demək deyil: 

“Bəzi insanların namaz qılmaması üçün özlərinə aid müxtəlif problemləri var. Bütün namaz qılanlar,  namaz qılmayan müsəlmanlarda olan üzrləri nəzərə almalıdır. Onda cəmiyyətdə tarazlıq qorunub saxlanılır və hörmət ön plana çıxır. Kim namaz qılmırsa, bu, o demək deyil ki, o, Allaha inanmır. Həmin şəxsin inancı daha çox ola bilər ki, başqa işlərdə qəlbi yumşaq, xeyirxah, digər fəzilətli əməllər edir. Amma elə namaz qılan da var ki, onun yaxşılığı ancaq namaz qılmağıdır. Digər məsələlərdə insanlara qarşı xeyirxah deyil, başqa fəzilətli işləri yoxdur. Bu səbəbdən bu gün namaz qılanlarla qılmayanlar arasında ayrı-seçkilik salmaq olmaz”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.