banner
banner

Gündəm

Milli Məclis dekabrın 1-də 31 məsələyə baxacaq

Milli Məclis dekabrın 1-də 31 məsələyə baxacaq

Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyinə 31 məsələ daxildir.

 

APA-nın məlumatına görə, bunlar Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfinə daxil olan məsələlər, İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət Prosessual, Miqrasiya məcəllələrinə, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (üçüncü oxunuş) qanun layihəsi və digər məsələlərdir.

 

Qeyd edək ki, 2018-ci il büdcə zərfinə daxil olan məsələlər 21-23 noyabr Milli Məclisdə müzakirə olunaraq təkliflərə baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub, dekabrın 1-nə kimi cavab verilməsi üçün vaxt müəyyənləşdirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.