"Rihanna və Şakiradan təklif gələrsə..."- Səməd Səmədov-FOTOLAR
"Hər Səhər" hər səhər insanları nəşələndirməyə davam edir. Verlişin bu günki qonağı sevilən müğənni Səməd Səmədov olub. Bir-birinidən gözəl ifalar səsləndirən müğənni sualları da cavablandırıb. S.Səmədov şou biznesdən danışaraq bilidirib ki, bu günə qədər heç kimlə mübahisəsi olmayıb: "Şou-biznesdə yeganə insanam ki, bu günə qədər heç kimlə nə mübahisəm, nə münaqişəm olmayıb. Ümumiyyətlə küsülü qaldığım insan yoxdur. Heç kimin bostanına daş atmamışam. Mənim bostanıma daş atanları isə həmişə cavabsız qoymuşam. Bu keyfiyyətimə görə Azərbaycan üzrə Ginnesin Rekordlar kitabına da düşə bilərəm. Bir vaxtlar Əli Mirəliyevlə adım hallandı, amma ciddi məsələ deyildi. Bu yaxınlar da doğum günündə də iştirak etdim".
Çoxdandır efirlərdə görünməyən müğənni bunun da səbəbini açıqlayıb: "Bir müddətdir səhhətimlə bağlı mualicə alıram. Öd kisəmdə narahatlıq vardı. Artıq hər şey qaydasındadır".
S.SƏmədov duet oxumaqla bağlı məsələyə də aydınlıq gətirdi: "Bir çox müğənnilərlə duet oxumuşam. Bundan sonra Rihanna və Şakiradan təklif gələrsə qəbul edərəm. Yalnız yüksək qonorar olarsa..."
Sənətçi nəvəsindən də bəhs edib, o bildirib ki, nəvəsi onun adını daşıyır.
Verlişin sonunda müğənniyə məktub gəlib. Canlı efirdə məktubu oxusa da, məzmunu haqqında məlumat vermək istəməyib. Aparıcı Əkbərin təkidindən sonra məlum olub ki, məktubu göndərən bir xanımdır və onu "Space" telekanalının qarşısında gözləyir: "Darıxıram sənsiz. Yadımdan çıxmırsan. Amma mən yaddan çıxmışam deyəsən. Bu gün hər şeyi yada salacağıq. Qapıda gözləyirəm". Bundan həyəcanlanan müğənni, səs rejissoru Etibardan avtomobilinə qədər onu tək qoymamağı xahiş edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.