banner
banner

Sosİal

DYP-dən sərxoş xanımlara müraciət

DYP-dən sərxoş xanımlara müraciət

Yanvarın 1-dən fevralın 16-a qədər Bakıda 1492 nəfər sərxoş sürücü saxlanılıb. Onların 140 nəfəri zərif cinsin nümayəndələri olub.

Oxu.Az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov 107.7 - “AvtoFM”-in “İnspektor” verilişində DJ Aydının sərxoş sürücülərlə bağlı sualına cavab olaraq bildirib.

Şöbə rəisinin sözlərinə görə, təkcə bazar günü DYP-nin 11-ci tağımı tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə edən 31 sürücü aşkarlanıb. Onların 5-i zərif cinsin nümayəndələri olub. Hətta bir xanım sürücüyə məhkəmə qərarı ilə 15 sutka həbs cəzası verilib.

Vaqif Əsədov bildirib ki, bu ilin yanvarın 1-dən etibarən Bakı şəhərində avtomobili sərxoş vəziyyətdə idarə edən 140-dan çox xanım sürücü saxlanılıb. 

“Statistikadan da aydın olur ki, artıq xanım sürücülərin spirtli içkiyə meyilliliyi artıb. Bu da bizdə çox ciddi narahatçılıq doğurur. Mentalitetimizlə bağlı qeyd etmək istəyirəm ki, əslində xanım və spirtli içki bir-birinə zidd olan məqamlardır. 

Sərxoş vəziyyətdə avtomobili idarə etmək sürücü və eləcə də digər yol iştirakçıları üçün təhlükəlidir və onların həyatı bahasına başa gəlir. Spirtli içki qəbul edən sürücülər mütləq DYP-ni yadlarına salmalıdırlar. Ən azından müxtəlif variantlar var: ayıq sürücü xidməti, sürücülük vəsiqəsi sahib olan dostlar, qohumlar və s.”.

Bakı şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi qeyd edib ki, Bakı şəhəri ərazisində təhlükəsizliyi təmin etmək məqsədi ilə DYP tərəfindən davamlı tədbirlər həyata keçirilir.

“Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən xanım sürücülərə qarşı heç bir güzəşt olmayacaq. Onu da bildirmək istəyirəm ki, spirtli içki qəbul edən xanımların bəhanələri onları məsuliyyətdən azad etmir. Xanımlığından istifadə edib avtomobili sərxoş halda idarə edən zərif cinsin nümayəndələri cəzalandırılacaqlar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.