Eks-deputat Hacı Qalib: “Oğlumun həbs edilməsi kimlərəsə lazımdır”
“Elə şeylər var ki, onları açıb demək olmur. Mən ona görə indi danışmaq istəmirəm. İndi danışmağım məhkəməyə təsir etmək kimi çıxar. Görək məhkəmənin hökmü nə olacaq, ondan sonra deyərəm ki, nə var, nə yox. İndi nə danışsam, məhkəməyə təsir kimi olar”.
Bu sözləri cia.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə (Hacı Qalib) oğlunun həbsindən danışarkən deyib.
O, oğlu Əlihüseyn Salahzadənin həbsinin kimlərəsə lazım olduğunu bildirib.
“İki cavan oğlan bir-birini başa düşməyib, dava ediblər. Burada nə var ki? Hətta zərərçəkmişi 3 dəfə məhkəməyə çağırıblar. O da məhkəmədə deyib ki, “mənim bu adamdan şikayətim yoxdur. Mən onu bağışlamışam”. İndi isə kimlərsə bu işi şişirdir. Yəqin ki, oğlumun həbs edilməsi kimlərəsə lazımdır. Burada başqa şey yoxdur”.
Qeyd edək ki, eks-deputat Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Hazırda iş üzrə məhkəmə davam edir.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.