Müğənni Sərdar Ortaç özündən 22 yaş kiçik xanımı, irlandiyalı model Xloe Lougnanla restoranlardan birindən çıxarkən görüntülənib. 47 yaşlı ifaçı xanımını yola gətirdiyini və gələn il ata olacağını bildirib.
Xatırladaq ki, 2014-cü ildə ailə quran sənətçi 3 ildir uşaq sahibi olmaq istəsə də, amma Xloe karyerasını davam etdirdiyi üçün bu fikri qəbul etməmişdi.
Qeyd edək ki, Sərdar 2014-cü ildən dağınıq skleroz (sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir. Son zamanlar xəstəliyinin daha çox dərinləşdiyini vurğulayan sənətçi tez-tez xəstəxanadan paylaşdığı fotolarla sevənlərini qorxudur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.