banner
banner

Şou

"Lazım gəlsə plastik əməliyyatda etdirərəm"- Cavanşir Məmmədov

"Lazım gəlsə plastik əməliyyatda etdirərəm"-
"Hər Səhər Əkbərlə" verlişi maraqlı qonaqlarla davam edir. Proqramın qonağı sevilən sənətçi Cavanşir Məmmədov olub. Həm Əkbər, həm tamaşaçılar müğənnini sual yağışına tutublar. Müğənnimiz elə ilk dəqiqələrdən tamaşaçının sualına əsəbləşərək cavab verib: "Mən plastik əməliyyat etdirməmişəm. Sadəcə başıma tük əkdirmişəm. Azərbaycanda başına tük əkdirən üçüncü insanam. Amma lazım olarsa plastik əməliyyatda etdirərəm. Burada nə var ki?!"
Əkbər yenə bağlı sandığı açıb. Müğənninin əvvəl qarmon ifaçısı olduğunu sonra onu müğənni olmağa nəyin vadar etməsi iləbağlı sual verib. Cavanşir Məmmədov isə tarixçəsini danışıb: "İstər orta məktəbə, istərsə də tələbələik vaxtı həmişə oxumuşam. Amma böyük səhnəyə qastrol səfərinə gedərkən, Avropada başlamışam. Orada Akif İslamzadənin ifaları yer alacaqdı. Amma səhhətində problem yarandığı üçün səhnəyə çıxa bilmədi. Kimsə Azərbaycanı təmsil etməli idi. Akif müəllim mənə oxumağı təklif etdi. O vaxtdan Cavanşir Məmmədov oxuyur".
Yaşla bağlı verilən sualdan yayınan müğənni özünü ağsaqqal adlandırıb: "Özümü yaşlı hiss edirəm. İndi olduğum yaşdan da yaşlı. Doğulandan bu belədir. Elə bil ağsaqqal kimi doğulmuşam".
Cavanlıq sirrini də açdı, sevilən müğənnimiz: "Cavan qalmaq üçün hər səhər bir stəkan su içmək lazımdır. Qiymət etməmək, kiminsə dedi-qodusundan uzaq olmaq, heç nəyə fikir verməmək başlıca şərtdir".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.