banner
banner

Dünya

Gürcüstanda marixuanadan istifadə edənlər cəzalanmayacaq

Gürcüstanda marixuanadan istifadə edənlər cəzalanmayacaq

Gürcüstanın Konstitusiya Məhkəməsi "Vətəndaş Givi Şanidze Gürcüstan Parlamentinə qarşı" iş üzrə irəli sürülmüş iddianı təmin edərək, marixuananın istifadəsinə görə cinayət cəzasını ləğv edib.

Məhkəmənin saytında dərc olunmuş hökmə əsasən, müvafiq cəza vətəndaşın öz şəxsiyyətini sərbəst inkişaf etdirmə azadlığını təmin edən Konstitusiyanın 16-cı maddəsi ilə ziddiyyət təşkil edir.

Məhkəmə hesab edir ki, şəxsi istifadəyə görə cinayət "cəzasının tətbiqi ictimai asayişin" qorunması üçün mütənasib vasitə sayıla bilməz.


İyul ayında Konstitusiya Məhkəməsi şəxsi istifadə məqsədilə az miqdarda marixuananın əkilməsi və yetişdirilməsinə görə cinayət təqibini qeyri-qanuni tanımışdı.

Son zamanlar Gürcüstanda narkotiklərin dekriminallaşdırılması çağırışı ilə bağlı geniş kampaniyalar aparılıb./BBC/

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.