banner
banner

Gündəm

Azərbaycanlı milyarderdən şok: Ərdoğan bunu əmr etmişdi

Azərbaycanlı milyarderdən şok:

O dönəm Türkiyədə baş nazir olan Rəcəb Tayyib Ərdoğan İranla qızıl ticarətinin həyata keçirilməsi üçün şəxsən “Vəqfbank” və “Ziraat Bank”ına təlimat vermişdi.

Bu sözləri hazırda ABŞ-da həbsdə saxlanılan azərbaycanlı milyarder Rza Zərrab “Xalqbank”ın sədr müavini Hakan Atillanın məhkəmə prosesində şahid qismində ifadə verərkən deyib.

“Ərdoğan və Əli Babacan (Türkiyəni keçmiş iqtisadiyyat naziri) banklara təlimat verdiklərini Zəfər Çağlayandan öyrəndim. Ehtiyat edirdim ki, iranlılar ticarəti birbaşa banklarla həyata keçirib, məni aradan çıxardacaqlar. Ona görə də Süleyman Aslan ilə çalışmağa başladım”, - Zərrab bildirib.

Xatırladaq ki, Rza Zərrab İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.