İstanbulda dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Dəniz Nəqliyyatı İdarəsinin yaydığı xəbərdə qeyd olnub. Reyslərin təxirə salınması şəhərdə hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədardır. Belə ki, İstanbulda güclü küləklə müşayiət olunan yağış yağır.
Meteoroloqların proqnozlarına görə, belə kəskin hava şəraiti İstanbul akvatoriyasında hələ yaxın 2 gün ərzində də davam edəcək.
Dəniz reyslərinin təxirə salınması səbəbindən "Marmaray" tuneli gücləndirilmiş rejimdə işləyir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.