Bir müddət əvvəl aktrisa Hande Erçeldən ayrılan iş adamı Mehmet Dinçerlerin gözü indi də “Çuxur” serialında rol alan Dilan Çiçek Denizə düşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klublardan birində Dilanla söhbət edən Mehmetə aktrisa yaxınlıq verməyib.
Çiçəkdən əl çəkmədiyini görən tərəf müqabili Aras Bulut klubda aktrisanın köməyinə gedib.
Qeyd edək ki, Dinçerin Handedən əvvəl bir çox məşhurlarla adı hallanıb. Onlar arasında Ece Seçkin, Deniz Akkaya və Asena Atalay da var.



