banner
banner

Dünya

Yaponiyada sürücüsüz avtobuslar işləyir

Yaponiyada sürücüsüz avtobuslar işləyir

Yaponiyanın Okinava prefekturasında süni naviqasiya peykləri vasitəsilə idarə olunan sürücüsüz avtobusların sınaqları kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, bu proqramın həyata keçirilməsinə oktyabr ayında uzunluğu 20 kilometr olan ictimai təyinatlı yolda başlanıb.

ABŞ-a məxsus qlobal mövqe təyinetmə sistemi ilə əlaqələndirilən “Michibiki” süni peyki nəqliyyat vasitəsinin hərəkəti zamanı yol verilə biləcək yayınmaları 10 metrdən bir neçə santimetrədək azaltmağa imkan verir.

Yaponiya Nazirlər Kabineti həmin avtobuslardan 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı istifadə etməyi planlaşdırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.