ABŞ-ın qərbində Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Trend-in məlumatına görə, yanğınla əlaqədar 600-dən çox ailə həmin yerə yaxın ərazilərdən təxliyə edilib.
Məlumata görə, yanğın 12 kv.km ərazini əhatə edib. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində işi davam etdirirlər.
Yanğın nəticəsində xasət alanlar barədə məlumat verilməyib. Lakin yerli polisin verdiyi məlumata görə, yanğın nəticəsində 2 tikili külə dönüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.