banner
banner

Gündəm

Ard-arda bəyanatlar səsləndi - Dünya liderləri Trampa qarşı

Ard-arda bəyanatlar səsləndi -

ABŞ prezidenti canlı yayımda dünyanı ayağa qaldıran qərarını açıqlayıb.

Musavat.com xəbər verir ki, Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək, qərarnaməni imzalayıb. Bununla da ABŞ tarixdə Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk dövlət olub. Trampın açıqlamasından sonra bir sıra dövlətlər ABŞ liderinin bəyanatını qınayan açıqlamalar veriblər. Trampın bu qərarına ilk reaksiya verən ölkələrdən biri Türkiyə olub.

 

Son dakika: Trump canlı yayında resmen ilan etti!



Türkiyə XİN başçısı Mevlud Çavuşoğlu Serbiyanın paytaxtı Belqradda Bosniya Hersoqovinanın və Serbiyanın xarici işlər nazirləri ilə birgə mətbuat konfransı təşkil edib. Mətbuat konfransında çıxış edən Çavuşoğlu deyib: “ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanıdı, İsraildəki səfirliyini ora köçürəcəyini açıqladı. ABŞ-ın bu məsuliyyətsiz açıqlamasını böyük narahatlıqla qarşıladıq və qınayırıq”.

 

çavuşoğlu sırbistan'da basın ile ilgili görsel sonucu



Çavuşoğlu Trampın bu qərarı ilə bağlı Türkiyənin lazımi addımlar atacağını da bildirib. XİN rəhbəri Tvitter sosial şəbəkəsində ABŞ-ın qərarının beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. 

Türkiyə baş nazirirnin müavini Bekir Bozdağ isə Trampın Qüds qərarı ilə bağlı bunları deyib: “Verdiyi haqsız, ədalətsiz, bölgəni və dünyanı oda atan, beynəlxalq hüquqa zidd, BMT-nin qərarını pozan bu addımdan dolayı ABŞ-ı qınayırıq. Bu qərar bizim üçün “yox” hökmündədir. Müsəlmanlar və İslam ölkələri Qüdsün statusuna sahib çıxmağa məcburdular. ABŞ-ın bu qərarı barış yox, xaosa hesablanıb”. 

Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik Trampın qərarını “barış ümidlərinə qarşı provakasiya” adlandırıb. 

Fələstin lideri Mahmud Abbas bəyanat yayaraq qərarı rədd etdiyini bildirib: “Vaşinqton bu qərarı ilə əslində barış danışıqlarından çəkildiyini elan etmiş oldu. Bu qərar işğala təşviq etməkdir. Biz bu qərarı rədd edirik. Qüds sonsuzadək Fələstinin paytaxtı olaraq qalacaq”.

 

Son Dakika: Filistin Devlet Lideri Abbas: Bu kararı reddediyoruz

 


Həmasın Siyasi Büro başqanı İsmail Həniyyə ABŞ-ın səfirliyini Qüdsə köçürəcəyi ilə bağlı qərarından sonra Rusiya xarici işlər nazirinin müavini Mixael Baqdanovla telefon əlaqəsi yaradıb. O, qərarın beynəlxalq hüquqa zidd oluğunu bildirib. Mixael Baqdanov isə ABŞ-ın qərarından narahatlıq keçirdiklərini, Fələstin xalqının yanında olduqlarını bəyan edib. 

 

Katar Emiri Temim: Kararın tehlikeli yansımaları olacak

 

Qətərin rəsmi xəbər agentliyi QNA-nın məlumatına görə, Tramp Qətər Əmiri Şeyx Temim bin Hamed Əl Sani ilə telefon əlaqəsi yaradıb. Qətər əmiri Trampa bildirib ki, atdığı bu addım nəticəsində Orta Doğu daha da qarışacaq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinin təhlükəli yansımaları olacaq. 

Fransa prezidenti Emmonuel Makron Trampın Qüdslə bağlı qərarının büynəlxalq hüquqa zidd olduğunu qeyd edib və qərardan təəssüfləndiyini bildirib. 

 

merkel ile ilgili görsel sonucu

 

Almaniya kansleri Angela Merken Amerikalı hənkarının qərarını dəstəkləmədiyini açıqlayıb. 

Böyük Britaniyanın baş naziri Tereza Mey də həmçinin Trampın Qüdslə bağlı qərarı ilə razılaşmadığını bəyan edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.