banner
banner

Şou

"Mənə yuxarıdan aşağı baxıblar"- Sevinc Əliyeva

"Mənə yuxarıdan aşağı baxıblar"-
"Hər Səhər Əkbər" verlişinin qonağı aktrisa Sevinc Əliyeva olub.
Şəxsi həyatından bəhs edən S.Əliyeva ailəli olduğunu deyib.  
Görünüşlə bağlı danışan Sevinc Əliyeva ona yuxarıdan aşağı baxıldığını deyib: "Elə olub ki, hazırlıqsız görüblər, yuxarıdan aşağı baxıblar. Hazırlaşandan sonra mən onlara elə baxmışam".
Arxasınca danışanlardan danışıb Əliyeva: "Kimsə arxamca danışanda, əgər məlumat səhvdirsə aydınlıq gətirirəm".
Sənətə gəlişindən də danışıb Sevinc xanım: "Bu sənəti özüm istəmişəm. Uşaqlıqdan sevmişəm. Uşaq olarkən rəqs və piano öyrənməyə getmişəm". Əkbər Sevinc xanımdan piano arxasına keçməsini xahiş edib: "Uzun zamandır pianoda ifa etmirəm. Bir vaxtlar evimizdə piano vardı. Evi satanda çıxartmadıq, qaldı orada. Buna görə çox pis oldum. Ona görə də, harda piano və "Royal" görsəm ovqatım dəyişir".
Verliş ortasında məlum olub ki, bu gün Əkbərin evlililiyinin 13 illiyidir.
Aktrisa rollarından da söhbət edib: "Teatr aktrisasıyam. Bu günə qədər nə rol verilibsə hamısını oynamışam-istər uşaq, istər cavan, istər qoca, istər pişik, fərqi olmayıb".
Küsülü qaldığı insanlardan danışan aktrisa bildirib ki, bunu sevmir: "Hamı ilə danışıram. Küsülü qalmağı sevmirəm. Kimdənsə inciyirəmsə, onu silib atıram".
Əməliyyatla bağlı da sual verilib, aktrisa xallarını götüzdürdüyünü deyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.