banner
banner

Hərbİ

3 dollarlıq erməni əsgəri

3 dollarlıq erməni əsgəri

Erməni əsgərlərinin Gümrü aksiyalarını dağıtmaq üçün göstərdiyi "xidmət" Serj Sarkisyan tərəfindən "qiymətləndirilib". 

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 15-də baş tutan aksiyanı dağıdan Daxili Qoşunların əsgərlərin hər birinə 1500 dram (3 dollar) mükafat verilib. Bütün gecə ərzində Gümrüdə qalan əsgərlərə isə 3000 dram (6 dollar) mükafat alıb. 

Qeyd edək ki, 102-ci hərbi bazanın əsgəri Valeri Permyakovun 7 nəfərdən ibarət erməni ailəsini öldürdükdən sonra Gümrüdə aksiyalar keçirilmişdi. Aksiya Rusiyanın Gümrüdəki Konsulluğunun binası və 102-ci hərbi bazanın qarşısında baş tutmuşdu. Aksiya iştirakçıları rus hərbçinin Ermənistana təhvil verilməsini tələb edirdilər.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.