banner
banner

Gündəm

Parlament müxalifəti Heydər Əliyev haqda: “Ona borcluyuq”

Parlament müxalifəti Heydər Əliyev haqda:

12 dekabr Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anım günüdür. Hər il olduğu kimi bu il də dahi siyasətçinin anım günündə onunla bağlı xatirələr canlanır, bu gün də aktual olan çıxışları, tezisləri yada salınır.

Modern.az saytı Milli Məclisdə fəaliyyət göstərən müxalifət partiyaları sədrlərinin Heydər Əliyevlə bağlı xatirələrini təqdim edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev:

“Ümumiyyətlə, mən ölkədə bütün siyasi liderlərə,  siyasi partiyalara bərabər yanaşmanın tərəfdarıyam. Hesab edirəm ki, kimin hansı tərəfdə olmasından asılı olmayaraq qısqanclıq nümayiş etdirmək və yaxud kimisə gözdən salmaq doğru  deyil.  Azərbaycanın siyasi tarixi var və bu tarixin səhnəsində hər lider öz rolunu oynayıb. Əlbəttə, tarixdə qara ləkə kimi qalan adamlar da var. 20 yanvar qırğınını törədiblər, Xocalı soyqırımının səbəbkarı olublar və.s.

Amma  müstəqillik illərindən sonra qurucu liderlər olaraq Əbülfəz Elçibəy, Heydər Əliyev  və İlham Əliyev bizim prezidentlərimiz və tariximizdir.

Biz tariximizə hörmətlə yanaşmalıyıq. O insanların qoyduqları irsi davam etdirməyi bacarmalıyıq. Yarımçıq qalan işləri tamamlamalıyıq. Heydər Əliyev də dönəmin çox böyük siyasi xadimlərindən olub.

Mən həm Heydər Əliyevin, Məhəmməd Əmin Rəsulzadənin, həm də Əbülfəz Elçibəyin  xatirəsinin mütəmadi olaraq anılmasının tərəfdarıyam. Hesab edirəm ki, buna bütün partiyalar partiya mövqeyindən yox, millət mövqeyindən baxmalıdırlar”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa:

“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inşasında müstəsna rolu olmuş tarixi şəxsiyyətdir. Bu gün də Azərbaycan dövlətinin dünyada tanınmasında onun misilsiz rolu var. Ona görə də Azərbaycanın ən ağır günlərində  ölkəmizin toparlanması, yenidən dövlət olaraq möhkəmlənməsi, həm də beynəlxalq arenada  qəbul olunan dövlətə çevrilməsi  Heydər Əliyevin  reallaşdırdığı strategiyanın yekunudur. O, hər zaman Azərbaycan tarixində  böyük  şəxsiyyət kimi  xatırlanacaq”.

Vəhdət Partiyasının sədri , deputat Tahir Kərimli:

“Mənim müxalifətdə fəaliyyət göstərdiyim vaxtların olması faktdır. O zaman Heydər Əliyevin xalq hərəkatı üzərində böyük təsirini danmaq olmaz.  O, daim dövlət quruculuğunda, müstəqilliyin əldə edilməsində  öz məsləhətlərini verib. Hətta uzun müddət Heydrə Əliyevin fikirləri xalq hərəkatı ilə  üst-üstə düşüb.  Əbülfəz Elçibəylə İsmayıllıdakı mitinq də bunu təsdiqləyir.  Onun çıxışı zamanı səsləndirdiyi fikirlər hərəkatın istəkləri ilə oxşarlıq təşkil edirdi.

Heydər Əliyev  şübhəsiz ki, Azərbaycan tarixinin yetişdirdiyi çox böyük şəxs olub. İlk azərbaycanlı DTK generalı olub. Yadımdadır, onun dövründə Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir kimi rayonlarda insanların rahat yaşayışı təmin edilmişdi. 70-ci illərdə Ağsuda yaşayırdım deyə,  bunun canlı şahidi olmuşam.  İqtisadiyyat inkişaf edirdi, insanların təhsil səviyyəsi yüksəlirdi və.s

Bu gün Azərbaycanda bəzi müsəlman dövlətləri kimi  sabitlik pozulmayıbsa, Heydər Əliyevə borcluyuq. O, böyük dövlət xadimi, liderdir.

Mən etiraf edirəm ki, uzun illər müxalifət tərəfindən çıxış etməyimə baxmayaraq,  Heydər Əliyevin dövlətçilik ənənlərini qəbul etmişəm. Eləcə də  mənim kimi yüz minlərlə insan bunu qəbul edir”.

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat  Araz Əlizadə:

“Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm, söhbətlərimiz olub. O, çox böyük intellektə malik  şəxsiyyət, həm də dahi insan idi. Heydər Əliyevlə müəyyən mövzularda razılaşdığım, eyni zamanda razılaşmadığım vaxtlar olub.  Amma normal, sadə münasibətimiz var idi. Hərçənd ki, o məndən yaşca böyük idi, lakin davranışları ilə bunu hiss elətdirmirdi. Yəni onun qarşısında istər-istəməz sərbəst olurdun. Heydər Əliyevlə əsasən  Qarabağ problemi ətrafında söhbətlərimiz olurdu, çünki bu, mənim ən ağrılı yerimdir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.