Tillerson ABŞ-ın KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib
ABŞ Şimali Koreya ilə ilkin şərtsiz nüvə problemi ilə bağlı danışıqlara başlamağa hazırdır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, bu cür görüşdə problemin həlli üzrə “yol xəritəsi”nin tərtib edilməsi mümkündür.
“Danışıqlar nə vaxt başlaya bilər? Biz öz tərəfimizdən danışıqlara hazır olduğumuzu bəyan edirik. Və biz birinci görüşü ilkin şərtsiz keçirməyə hazırıq. Gəlin sadəcə görüşək və istəyirsinizsə hava şəraitindən danışaq”, - deyə Tillerson Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.
“Masa arxasında üz-üzə əyləşə bilərdik. Daha sonra isə işləmək istədiyimiz istiqamətlər üzrə “yol xəritəsi”ni hazırlaya bilərdik”, - deyə dövlət katibi əlavə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.