banner
banner

Sosİal

Müəllimlər iki aydır maaş ala bilmir - Rektor xaricə gedib

Müəllimlər iki aydır maaş ala bilmir

Lənkəran Dövlət Universitetinin müəllimləri dekabr ayından bu yana əmək haqlarını ala bilmirlər.


Bu haqda avropa.info-ya Unversitetin müəllimləri məlumat verib. Müəllimlər buna qəribə səbəb göstəriblər. Onların dediklərinə görə, Universitetin rektoru dekabr ayından xaricə gedib və hələ də geri qayıtmayıb. Üstəlik də, xaricə gedərkən Unversitetin möhürünü özü ilə aparıb.

"Rektor Asəf İsgəndərov möhürü də götürərək gedib xaricə. O, sənədlərə imza atmalıdır ki, əmək haqqımız bankomatlara yüklənsin. Onsuz heç kimin səlahiyyəti yoxdur ki, sənədlərə imza atsın, həm də möhürü də özü ilə apardığından bu mümkün olmur. Biz çətin durumdayıq. Onsuz da əmək haqlarımız 150 manat civarındadır. Onu da kreditə veririk. Artıq iki aydır kreditlərimizi də verə bilmirik."

Müəllimlər qeyd ediblər ki, maaşlarının verilməməsi hər hansısa iqtisadi böhranla əlaqəli deyil. Çünki unversitetlər əmək haqqlarını öz büdcələrindən ödəyirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.