banner
banner

Gündəm

“Mən həmişə bunun əleyhinə olmuşam” - Deputat “vurulan” nazirin kadrlarından DANIŞDI

“Mən həmişə bunun əleyhinə olmuşam” -

Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovla bağlı müzakirələr səngimək bilmir. Nazirin gedişilə ətrafında yaranmış zəncirə hər gün daha bir halqa əlavə olunur. Halqalar artdıqca, F.Məmmədovun məngənəsinin hazır olması daha da yaxınlaşır. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yeni nazir Mikayıl Cabbarovun kollektivə təqdimatında vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Əslində vergilər nazirinin vəzifədən kənarlaşdırılması ilə bir çoxlarının kürsüsünün laxladığı bildirilir. 

F.Məmmədovun vəzifədən gedişindən sonra hələ 2015-c ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanması zamanı böyük çətinliklə də olsa dəmir barmaqlıqlardan özünü sığortalayan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun aqibətinin yaxşı olmadığı iddia edilir. İcra başçısının sabiq nazirin bacısının əri olması isə heç kimə sirr deyil. Məhz bu qohumluq X.İsgəndərovu ovaxtkı faciənin nəticələrindən sığortalamışdı.

Sabiq nazirin Şəmkirdə, Gədəbəydə, Yardımlıda “at oynatması”na səbəb kimi  həmin rayonların icra başçılarının – Alimpaşa Məmmədov, Ramiz Yedigarov, Rəcəb Babaşovun bir vaxtlar Vergilər Nazirliyində yüksək postlarda çalışmaları əsas göstərilir.

Xatırladaq ki, Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ramiz Yediyarov Gədəbəydə icra başçısı təyin olunan qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib.

Adları çəkilən icra başçılarının yaxın vaxtlarda vəzifədən göndəriləcəyi istisna olunmur..



Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədoviddiaların araşdırılmasının vacib olduğunu bildirib:


“Bəzən yazılanların hamısı həqiqəti əks etdirmir. Amma postundan kənarlaşdırılan istənilən nazir barədə bu fikirləri söyləyirlər. Düzdür, Azərbaycanda müəyyən nazirliklər İcra hakimiyyətlərinə “krışalıq” edir. Mən həmişə bunun əleyhinə olmuşam”.

Deputat sabiq nazirin kadrlarının hansısa rayonlarda yüksək postlar tutmalarını istisna etmir:

“Fazil Məmmədova gələndə, ola bilər onun hansısa bir kadrı həmin rayonlarda yüksək posta göndərilib. Bu, istisna edilmir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bu məsələlərə ciddi nəzarət edirlər. Ona görə də son vaxtlar rayonlarda kənar müdaxilələr o qədər də hiss olunmurdu”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.