Yunanıstanın paytaxtı Afinada Əfqanıstanın səfirliyi təsis ediləcək.
Trend-in məlumatına görə, bunu Yunanıstanın XİN başçısı Nikos Kotzias deyib.
"Əfqanıstanın xarici işlər naziri gəlir, çünki Əfqanıstan Yunanıstanda səfirlik təsis edir. Bu təsis ediləcək 3 səfirlikdən biridir", deyə Kotzias bildirib.
Təsis ediləcək digər 2 səfirliyin hansı ölkəyə aid olduğunu nazir qeyd açıqlamayıb
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.