Poroşenko Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsini təklif edib
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəyə BMT-nin sülhməramlı qüvvələrinin yeridilməsini təklif edib.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu barədə ölkə başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib.
“Əldə edilmiş razılaşmaların yerinə yetirilmədiyini əvvəlcədən təxmin edərək, mən bu məsələni Minsk danışıqlarında Fransa və Rusiya prezidentləri, habelə Almaniyanın kansleri ilə müzakirə etmişəm. Bugünkü qərardan sonra, mən ümidvaram ki qərar qəbul olunacaq, biz rəsmi olaraq bu məsələ ilə bağlı tərəfdaşlarımızla sülhü təmin edəcək məsləhətləşmələrə başlayacağıq”, deyə P.Poroşenko bildirib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.