banner
banner

Sosİal

Bakıda bu bina uça bilər

Bakıda bu bina uça bilər

Suraxanı rayonu, Ələkbərov küçəsi, 41 ünvanında yaşayan sakinlər bir gün binanın onların üzərinə uçacağından ehtiyyat edir.

ANS TV-nin məlumatına görə, sakinlər deyirlər ki, tikili günü-gündən dağılır. Yaşayış evində məskunlaşan 7 ailə dözülməz həddə çatan vəziyyətlə üz-üzə qalıb. Bir əsirlik yaşı olan binanının divarları içəridən ovularaq tökülür. Tikilinin dam örtüyü tamamilə sıradan çıxıb.

Sakinlərin sözlərinə görə, yağış yağan kimi damın suyu mənzillərinin içərisinə axır. Nəticədə də mənzillərdəki divar kağızları yararsız hala düşür. Üstəlik yaranan nəmişlik otaqlarda havasızlığa səbəb olur. 

Müsahiblərim bildirir ki, problemlə bağlı Suraxanı Rayon İcra hakimiyyətinə müraciət də ediblər. Amma bir nəticə yoxdur.

“Yaşamaq mümkün deyil. Binanın dörd bir tərəfi uçub-dağılır. Hazırda yolların təmiri həyata keçirilir. Amma bizim binaya nəzər yetirən yoxdur”, - deyə şikayətçi Natalya Məmmədova bildirib.

Məsələ ilə bağlı Suraxani Rayon İcra Hakimiyyətindən şifahi olaraq bildirdilər ki, rayonun qəzalı evlərilə bağlı Nazirlər Kabinetinə və Bakı Şəhəri İcra Hakimiyyətinə məlumat verilib. Bu barədə göstəriş olarsa, sakinlərin probleminə baxıla bilər. 

Ümid edirik ki, həmin ərazinin yol kənarı diqqətdən qalmadığı kimi, sakinlərin də yaşadığı uçulmaqda olan binaya da bir göz gəzdirən tapılar. Ən azı hər hansı bir bədbədxt hadisə baş verməmiş.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.