banner
banner

Sosİal

Azərbaycan-Gürcüstan sərhədindəki özbaşınalıqlar

Azərbaycan-Gürcüstan sərhədindəki özbaşınalıqlar

Azərbaycanla sərhəd ölkələrə gedib-gələn vətəndaşlar ciddi problemlərlə üzləşirlər. Getdikcə vətəndaşlarımız üçün sərhədi keçmək ən əzablı problemə çevrilməkdədir. Gürcüstan azərbaycanlıları da bu cür özbaşınalıqlardan yayına bilmirlər. Soydaşlarımız ölkəmizə gələrkən görünməmiş rəzalətlə üz-üzə qalırlar. “Sınıq körpü” gömrük məntəqəsi sözün həqiqi mənasında cəhənnəm yuvasına dönüb.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli davam edən özbaşınalıqlarla bağlı sənəd hazırladıqlarını bildirdi: “İndiyə qədər nə demişiksə, həmin vəziyyət qüvvədə qalır. Bu vaxtadək Kənd Təsərrüfatı Nazirliyinə, Gömrük Komitəsinə, dövlət başçısına, baş nazirə və parlamentə müraciətlər etmişik. Amma vəziyyəti dəyişdirəcək ”Soydaş haqqında" Qanun qəbul edilmədi. Soydaşlarımız bütün hallarda rahat şəkildə ölkəmizə gəlib, ticarət etməlidirlər. Qanunvericilikdə daha radikal dəyişiklərin əleyhinəyik. Mövcud qanunlar çərçivəsində yaranan boşluqlar doldurula bilər. Biz qanunun verdiyi bütün imkanlardan istifadə edəcəyik. Sənəd hazırlayırıq. Dövlət başçısı və parlamentə göndərəcəyik".

Əslən Borçalıdan olan ekspert Kamran Ramazanlı da soydaşlarımızın ağır problemlərindən danışdı: “Borçalı maldarlıq və kənd təsərrüfatı ilə məşğul olan bölgədir. Bildiyimiz kimi, Rusiya və Gürcüstan arasında münasibətlər gərgindir. Sovetlər dövründə məhsullar Rusiyaya aparılırdı. Bu gün əhali belə imkandan məhrumdur. Ermənilərlə də təbii ki, bu məsələ həll oluna bilməz. Yeganə Azərbaycan qalır. Bura gələndə isə dediyimiz biabırçılıqlarla rastlaşırlar. Məhsulların hər birinin buraxılması üçün rüşvət tələb olunur. İnsanlar məhsul xarab olmasın deyə, istənilən rüşvəti verirlər, əziyyət çəkirlər. Gürcüstanda ”Soydaş haqqında" Qanun qəbul olunub. Qanuna görə, dünyada yaşayan gürcülər müddətli şəkildə Gürcüstanda işləyə bilərlər. Güzəştlər tətbiq olunur. Yalnız seçim hüquqları yoxdur. Bu qanun bizdə də qəbul olunmalıdır. Azərbaycanın Gürcüstanda 300-ə yaxın şirkət və mağazası var. Nə üçün iş adamları soydaşlarımız yaşayan yerlərə investisiya qoymurlar? Amma Soçi və digər şəhərlərdə investisiya qoyurlar. Əgər soydaşlarımızın orada iş yerləri olsa, heç buralara gəlməzlər. Belə problemlər də yaranmaz".

Kamran Ramazanlı sərhəddə baş verən qanunsuzluqlardan da söz açdı: “Sərhəddə dövlət rüsumundan əlavə, insanlardan rüşvət tələb olunur. Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Onların hər birinin burada yaxını var. Tələbələr ölkəmizdə təhsil alırlar. Azərbaycana sovqat gətirəndə müxtəlif bəhanələr gətirilir. Gürcüstan tərəfdə lövhə asılıb. Konkret hüquqlar, hansı məhsulların keçirilib-keçirilməməsi göstərilir. Bizdə isə bu yoxdur. 60 yaşında insan Azərbaycan qanununu bilməyə bilər. Lövhə adi elementar məsələdir. Dövlətə münasibət sərhəddən başlayır. İnsanları nə üçün Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa məcbur edirsiniz? Külli miqdarda rüşvət insanları bezdirir. Lövhələrin asılmamasından sui-istifadə edilir. Qəzetiniz vasitəsilə ölkə rəhbərliyinə səslənirəm ki, nə üçün soydaşlarımızı belə vəziyyətlə üz-üzə qoymalıyıq? Buna son qoyulmalıdır. Borçalı konkret blokada şəraitindədir”.//Musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.