"4 gündən sonra yanına gedəcəm" - ayrılıq xəbərini yalanladı
Türkiyəli yazar Metin Hara ilə eşq yaşadığı braziliyalı model Adriana Limanın ayrılma xəbəri yalan imiş. Bunu Metinə yaxın mənbə bildirib. Onun sözlərinə əsasən, Hara Lima ilə haqqında çıxan xəbərlərdən narahatdır və dostlarından birinə "Biz ayrılmadıq, 4 gündən sonra yanına gedirəm". deyib. Eyni zamanda cütlüyün İnstaqramda bir-birilərini izləmədən çıxarmasının da əsl səbəbi məlum olub. Belə ki, iddialara görə, Adriananın səhifəsini idarə edən şəxs Metini səhvən izləmədən çıxarıb. Xatırladaq ki, Metinlə Adriananın eşq yaşadığı bu il birlikdə çıxdıqları Bodrum tətilindən sonra gündəmə gəlmişdi. Bu sevginin reklam olduğu iddia edilsə də, Adriana ilə Metin bunu inkar edirdilər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.