Müğənni Cennifer Lopez sevgilisi Aleks Rodriqez ilə Mayamidə Yeni il üçün alış-veriş edərkən görüntülənib. Cütlük “Dior”, “Rolex”, “Tom Ford”, “Hermes”, “Louis Vuitton”, “Loro Piana”, “Harry Winston” və “Burberry” kimi brend mağazalara girməklə yanaşı, zinət əşyaları ilə də maraqlanıb. Bildirilir ki, Yeni ildə Aleks Cenniferə evlilik təklifi edəcək. O ki qaldı ifaçının geyiminə, bu dəfə də Cey Lo sadə tərzdə olub. O, mavi cins və ağ köynək geyinib. Saçlarını toppuz yığan sənətçi gözünə eynək taxıb.
Rodriqez də idman üslübündə görüntülənib. Ağ cinsdə və boz köynəkdə olan beysbolçu qara eynək və qara ayaqqabılara üstünlük verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.