banner
banner

Sosİal

Zibilxanaya çevrilən məktəb - Bakıda

Zibilxanaya çevrilən məktəb

Binə qəsəbəsində köhnə məktəbin binası zibilxanaya çevrilib.

İndi zibilxana olan və uşaqların əyləncə yeri kimi istifadə etdikləri bu məkan vaxtilə məktəb olub. Özü də elə də uzaq keçmişdə yox. 2008-ci ildə son məzunlarını yola salan məktəbin o ildən sonra qapıları şagirdlərin üzünə bağlanıb.

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən, 218 nömrəli təhsil ocağı yaxınlıqda inşa olunan yeni binaya köçürülüb. Köhnə tikili isə illər keçdikcə zibilxana kimi istifadə olunmağa başlayıb. Bu vəziyyətdən tək məmnun olanlar küçə heyvanlarıdır. 

İtlər həm qida tapmaqdan korluq çəkmir, həm də ki, qışın soyuğunda daldalanacaq yerləri var. Ətrafda yaşayanlar deyir ki, məsələylə maraqlanmadıqları üçün aidiyyəti qurumlardan artıq heç bir istəyimiz yoxdur. Sadəcə bizə icazə verilsin, onu söküb yerində xeyir-şər evi inşa edək. İçəridəki üfunət insanın ağlını başından alırdı. Əgər qışda belədirsə, yayı təsəvvür etmək heç də çətin deyil.

“Bu binanı ya söksünlər, ya da nəzarət etsinlər ki, bura zibil atmasınlar. Uşaqlarımız xəstəliyə tutulur. Burda həşarat əlindən tərpənmək mümkün deyil”, – deyə şikayətçi Yenigül Bəylərov bildirib.

Hər halda zibilliyin yaranmasında kimin günahkar olması əsas müzakirə mövzusu deyil. Başlıca məsələ yaranan anti-sanitar şəraitin aradan qaldırılması və tikilinin sökülərək hər hansı bir iaşə obyektinə çevrilməsidir. Bunun nə zaman reallaşacağını isə Xəzər Rayon İcra Hakimiyyətində araşdırdıq.

İcra başçısının birinci müavini Vaqif Həsənov məsələyə aydınlıq gətirərək bildirdi ki, rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq yeni məktəb və bağçalar tikilərək istifadəyə verilir. Həmin yararsız binanın da söküntüsü nəzərdə tutulub.

“Hazırda köhnə məktəb başqa ünvana köçürülüb. Sözügedən ünvanda, yəni Binə qəsəbəsi, Hövsan Südçülük sovxozun massivində yaşayan əhalinin tələbatını ödəmək məqsədilə ərazidə yeni uşaq bağçasının tikintisi planlaşdırılıb”, – deyə Vaqif Həsənov qeyd edib.

Qurum rəsmisi ərazidə bağçanın tikintisinin 2015-ci ilin yay aylarından etibarən başladılacağını dedi. Ümid edək ki, deyilən vaxtdan gec olmayaraq hazırda xəstəlik mənbəyi olan bu tikili gələcəkdə körpələrin tərbiyə ocağına çevrilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.