banner
banner

Dünya

Türkiyədə qızlar 9, oğlanlar 12 yaşında evlənə bilər? - Rəsmi cavab

Türkiyədə qızlar 9, oğlanlar 12 yaşında evlənə bilər?

Qız uşaqlarının erkən yaşda evlənə biləcəyi xəbəribə aydınlıq gətirilib. cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyanət İşləri Başkanlığının açıqlamasına görə, bəzi media orqanlarında qız uşaqlarının erkən yaşda evlənə biləcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Belə ki, yayılan məlumatda nikaha girmək üçün həddi-buluğ yaşının qızlarda 9, oğlanlarda 12 olduğu göstərilib.

Diyanətin rəsmi internet səhifəsində verilən məlumata görə, qız uşaqlarında ana olmaq, ailə qurmaq yaşı onların bioloji və psixoloji hazırlığı ilə bağlıdır. Qız uşaqlarını erkən yaşda evləndirmək əsla dini ideyalarla əlaqələndirilə bilməz.

Diyanət İşləri Başkanlığı da erkən yaşda nikahlara heç zaman icazə verməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.