banner
banner

Gündəm

“İtkin alpinistlərlə bağlı pessimistəm” – Tibbi ekspert

“İtkin alpinistlərlə bağlı pessimistəm”

Dekabrın 23-də itkin düşən "Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hələ də davam edir.

Modern.az-a açıqlama verən Tibb üzrə ekspert, professor Adil Qeybulla alpinistlərin tibbi durumu haqqında qeyd edib ki, o bu məsələ ilə bağlı daha çox pessimist düşünür.

“Əgər alpinistlərə hansısa bir yardım göstərilibsə, hansısa bir yerə çatıb orada gizləniblərsə, o şansdır və sağ qalma ehtimalları var.

Yox əgər onlar huşsuz vəziyyətə düşüblər  və ya hansısa bir vəhşi heyvanın , ya da terrorçunun hücumuna məruz qalıblarsa, belə olan halda onların sağ qalma şansları real görünmür. Çünki çox soyuq havada huşsuz, qidasız və köməksiz vəziyyətdə olan adam təbii ki, donvurmadan sağ qala bilməz.

 

Amma yenə də ümidlər qırılmayıb. Hamı arzu edər ki, bu gənc alpinistlər sağ- salamat tapılıb qayıtsınlar. Onların valideynləri də bu gün çox böyük təlaş içindədirlər. Amma təəssüflər olsun ki, onlar çox ehtimal ki, bərabər olsaydılar,  hansısa bir yola əlaqə yaratmağa cəhd edərdilər və s. Bu müddətdə tapılmadıqları halda, təbii olaraq, adamda pessimist proqnozlar çoxalır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.