Adnan Oktarın "mömin" gözəlçələri illər əvvəl - FOTOLAR
Azərbaycanda Harun Yəhya kimi tanınan Adnan Oktarın Türkiyənin A9 peyk telekanalındakı proqramında aparıcılıq edən sarışın xanımlar sosial şəbəkələrdə məşhurdur.
Hər biri dəfələrlə plastik cərrahiyyə əməliyyatına məruz qalmış bu qadınlar tez-tez "inşallah", "maşallah" deyərək dini mövzularda danışır, özlərini "mömin, namaz qılan, ismətli qadınlar" kimi təqdim edirlər. Bununla belə, onlar açıq-saçıq geyinməkdən, yarıçılpaq fotolarını sosial şəbəkələrdə paylaşmaqdan çəkinmirlər.
Milli.Az AHT-yə istinadən Adnan Oktarın "kediciklər" adlandırılan "mömin rəfiqə"ləri Tuba Babuna, Didem Ürer, Ebru Altan, Ceylan Özbüdak, Yasemin Ayşe Kiriş və Tülin İşıldar Maranqozoğlunun plastik əməliyyatlar seriyasından əvvəlki fotoları ilə indiki hallarını əks etdirən şəkillərini təqdim edir.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.