banner
banner

Hərbİ

"Ermənistan işğala son qoymalıdır"

"Ermənistan işğala son qoymalıdır"

Azərbaycan bütün ölkələrlə, eləcə də Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqda maraqlıdır. Bütün dövlətlərlə dostluq şəraitində yaşamaq bizim xarici siyasətimizin əsas prioritetlərindəndir. Amma əfsus ki, qonşu Ermənistan dövləti bu yolla getmək istəmir. Bununla da özünü bir çox layihələrdən kənarda qoyur və inkişafdan qalır. Bu fikirləri Tbilisidə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.

Nazir deyib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan və Gürcüstandan keçən layihələr qlobal xarakter daşıyır. Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər bu layihələrdə yer almayacaq. Ermənistan hakimiyyəti ilk növbədə işğala son qoymalı, qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır.

“İnanıram ki, gec-tez bu məsələ öz ədalətli həllini tapacaq. Ermənistanda hakimiyyətə elə qüvvələr gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaq, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar" – deyə E.Məmmədyarov vurğulayıb.//SİA.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.