Nazirdən gözlənilməz qərar – Gimnaziya ləğv edildi
Təhsil naziri Mikayıl Cabbarov gözlənilməz addım atıb.
“Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası ləğv edilib. Bu haqda məlumat verən valideynlər bildiriblər ki, nazirin əmri ilə Gimnaziyanın bazasında istedadlar Liseyinin yaradılması nəzərdə tutulur. Və bu liseyə qəbul 5-ci sinfdən başlayacaq.
Hazırda valideynlər Gimnaziyanın qarşısında aksiya keçirirlər. Onlar bildirilər ki, 1-4-cü sinfdə təhsil alan şagirdlərin taleyi hazırda naməlumdur.
Məsələ ilə bağlı Təhsil Nazirliyi heç bir açıqlama verməyib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.