İkinci dəfə ana olmağa hazırlaşan model Miranda Kerr "Qızıl Qlobus 2018" mükafatlandırma mərasimindən sonra təşkil olunan partiyə qatılıb.
Tədbirə qara rəngli dar libas geyinən 34 yaşlı Miranda bu dəfə qarnını gizlətməyib. Kökəlməyi ilə diqqət çəkən supermodel sadə saç düzümü və makiyajı ilə göz oxşayıb.
Qeyd edək ki, M.Kerr ötən ilin mayında “Snapchat”ın qurucusu və baş direktoru, 26 yaşlı milyarder Evan Şpiqellə ailə qurub. Bu hamiləlikdən dünyaya gələcək uşaq onların ilk övladı olacaq. Modelin aktyor Orlando Blumdan Flinn adlı 6 yaşlı oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.