banner
banner

Gündəm

İş adamlarına şad xəbər - əsassız vergi borclarının silinməsinə başlandı

İş adamlarına şad xəbər -

Vergilər Nazirliyində rəhbər dəyişikliyi baş verərkən  sahibkarlar, ekspertlər vergi sistemində dəyişikliyə ehtiyacı olan istiqamətləri qeyd edərək, Mikayıl Cabbarovun məhz həmin sahələrə diqqət yetirməsinin gərəkdiyini bildirmişdilər.

Yeni nazirdən ən çox gözləntisi olanlar, əlbəttə, sahibkarlardır.  Xatırladaq ki, Fazil Məmmədovun rəhbərliyi altında olarkən vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlər yaranmışdı. Belə ki, büdcə proqnozuna əməl olunması bəhanəsi ilə minlərlə sahibkara əsassız vergilər hesablanıb. Hesablanan vergini ödəməyənlərə irihəcmli cərimələr yığılıb, bir çoxları məhkəməyə verilib, əmlakı müsadirə olunub. Bir çox hallarda Vergilər Nazirliyinin hesabladığı borclara görə məhkəməyə müraciət edən sahibkarın hüquqları pozularaq, məhkəmənin yekunu gözlənmədən hesablarına həbs qoyulub, əmlakı əlindən alınıb.

Qeyd edək ki, vergi orqanlarının bu fəaliyyəti son vaxtlar bütün ölkəboyu narazılıqlara səbəb olmuşdu. İş o yerə çatmışdı ki, vergi orqanları ölkədə sahibkarlığın inkişafını əngəlləyən başlıca maneəyə çevrilmişdi. Fazil Məmmədov vəzifəsindən alınandan sonra aparılan müzakirələr göstərdi ki, bu narazılıqlar, vəziyyətin kritik həddə çatması müxtəlif dövlət qurumlarına məlum olub və həmin qurumlar mümkün olan qədər sahibkarların haqlı mövqeyi nəzərə alınıb.

Hikmət Mirzəyev ile ilgili görsel sonucu

Məsələn, Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin mətbuata verdiyi açıqlamaya görə, 2016-cı ildə inzibati-iqtisadi məhkəmələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Vergilər Nazirliyinin struktur qurumlarına qarşı qaldırılmış 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb. Bunlardan 688 (63,3 faiz) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9 faiz) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8 faiz) iddia isə mümkün sayılmayıb: “Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir”.

Lakin məhkəmələrin bu qərarları vergi orqanlarının sahibkarlara yönəlik mövqeyini dəyişmək üçün yetərli olmadı. Getdikcə artan narazılıqlar sonda ölkə rəhbərliyinin diqqətinə çatdırıldı və F.Məmmədov nazir postu ilə vidalaşmalı oldu. M.Cabbarovun təhsil naziri postundan Vergilər Nazirliyinə rəhbər gətirilməsi müəyyən qədər gözlənilməz olsa da, son günlərdə baş verənlər seçimin düzgün və məqsədli olduğunu göstərməkdədir.

Belə ki, biznes çevrələrindən “Yeni Müsavat”a verilən məlumatlara görə, yeni ilin ilk günlərindən etibarən əvvəlki illərdə çoxsaylı sahibkarlara, şirkətlərə hesablanmış vergi borclarının ləğv olunması prosesinə start verilib. Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq vergi orqanlarına təqdim olunması istənilir.

vergilər ile ilgili görsel sonucu

Aldığımız məlumata görə, sahibkarların vergi orqanlarından narazılıqlarının qısa müddətdə aradan qaldırılması, bu iki subyekt arasındakı münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisinə keçirilməsi barədə ölkə rəhbərliyi tapşırıq verib. M.Cabbarovun qarşısına qoyulan ilk və əsas vəzifə məhz bu münasibətləri səmərəli müstəviyə keçirmək, vergi sistemini sahibkarlığın inkişafına təkan verən quruma çevirməkdir. Yeni nazir isə bir aya yaxın müddətdə situasiyanı öyrənərək, yeni ilin ilk günlərindən narazı sahibkarların problemlərinin həlli istiqamətində fəaliyyətə başlayıb. Bu zaman ilk növbədə əvvəlki illərdə hesablanmış, ödənilməyən, yaxud ödənilməsi mümkün olmayan borcların silinməsi prosesinə start verilib. Eyni zamanda fəaliyyətdə olan sahibkarlara hesablanan və onların əsassız hesab etdikləri vergilərlə bağlı problemlərin həlli üçün də fəaliyyətlərə başlanılıb.

Mənbələrimizin verdiyi məlumata görə, vergi əməkdaşlarına bütün bu prosesləri ajiotaj yaratmadan, cəmiyyətdə vergi orqanlarına qarşı mənfi münasibət formalaşdırmadan aparmaq tapşırılıb.

Onu da qeyd edək ki, M.Cabbarov vergilər naziri təyin olunarkən “Yeni Müsavat”a danışan bir çox mütəxəssislər ondan sahibkarların dostu olmasını gözlədiklərini bildirmişdilər. Başladılan proseslər tezliklə yeni nazirin buna nail olacağını göstərir...“Yeni Müsavat”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.