banner
banner

Gündəm

İşsizlərə ŞAD XƏBƏR!

İşsizlərə ŞAD XƏBƏR!

İşsiz kimi qeydiyyata alınmış şəxsə onun əmək bazarına yenidən qaytarılması və işə düzəldilməsində kömək göstərilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fərdi məşğulluq proqramı tərtib olunacaq.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması"nda öz əksini tapıb.

Bu Qayda və hesabatın forması "İşsizlikdən sığorta haqqında" qanuna əsasən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən işsizlərə fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını, həmçinin fərdi məşğulluq proqramının icrasına dair hesabatlılıq formasını müəyyən edir. Fərdi məşğulluq proqramı - işsizin işə düzəlməkdə və əmək bazarına qaytarılmasında kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. Fərdi məşğulluq proqramının icrası barədə hesabat - işsizin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.

İşsiz kimi qeydiyyata alınmış şəxs qeydiyyata alındıqdan sonra 5 iş günü müddətində yaşayış yeri (şəxsiyyətini təsdiq edən sənədə əsasən) üzrə Xidmətin yerli orqanlarına gələrək və ya onlayn rejimdə məsləhət xidmətindən keçərək, fərdi məşğulluq proqramını əldə etməlidir.

İşsiz fərdi məşğulluq proqramını elektron qaydada və ya kağız üzərində əldə etdikdən sonra Xidmətin yerli orqanı ilə birlikdə onun yerinə yetirilməsinə başlayır.

Fərdi məşğulluq proqramında müəyyən edilmiş aktiv məşğulluq tədbirləri işsiz tərəfindən proqramda müəyyən edilmiş müddətdə və ardıcıllıqla icra edilir.

Işsiz fərdi məşğulluq proqramının icrasının ilk 5 (beş) iş günündə onun icrasının dayandırılmasına və proqramın dəyişdirilməsinə səbəb ola biləcək halları aşkarladıqda, MAS-a bu barədə məlumat göndərərək Xidmətin yerli orqanında bu halları müzakirə edir və səbəblər əsaslı hesab edildiyi təqdirdə, ona yeni fərdi məşğulluq proqramı tərtib olunur. Bu halda yeni tərtib olunmuş fərdi məşğulluq proqramının icrası yeni tarixdən nəzərə alınır.

Qeyd edək ki, "Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması" təsdiq edilməsi ilə bağlı qərar bu il yanvarın 1-dən qüvvəyə minib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.